Bakıda 6 il əvvəl anasını başını kəsərək qətlə yetirən və yandıran şəxs xəstəxanada ölüb. Ölüm hadisəsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydə alınıb.
Belə ki, xəstəxanada müalicə alan 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firuddin oğlu hələlik məlum olmayan səbəbdən vəfat edib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. E.Şahbalıyevin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Şahbalayev 2010-cu ilin dekabrında Binəqədi rayonunun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında anası 57 yaşlı Nuriyyə Bilalovanın başını kəsib. E.Şahbalayev anasını öldürdükdən sonra onun gözlərini çıxarıb. Bundan sonra anası ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən qaçıb.
Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şahbalayev Xırdalan şəhəri ərazisində saxlanılıb. Araşdırma zamanı onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
E.Şahbalayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baxılıb. O, bir neçə il azadlıqdan məhrum edilib.
E.Şahbalayev həbsdə olduğu zaman 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.(Report)
MilliYol.Az
Digər xəbərlər
loading...