Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.
MilliYol.az Hindistanın “News18” telekanalına istinadən xəbətr verir ki, hakimiyyət nümayəndələri təyyarədəki 72 nəfərin öldüyünü açılayıb.
Nepalın baş naziri Puşpa Kamal Dahal ATR 72 təyyarəsinin qəzaya uğraması ilə bağlı hökumətin fövqəladə iclasını çağırıb.
Qeyd edək ki, Nepalın Yeti Hava Yolları tərəfindən idarə olunan iki mühərrikli ATR 72 təyyarəsində iki körpə uşaq, dörd ekipaj üzvü və 10 əcnəbi vətəndaş da daxil olmaqla 72 nəfər olub. Rusiya səfirliyi bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı var imiş.