Könül İsmayılova: “Erməni deputatdan belə bir etirafın edilməsi Xankəndi ətrafında baş verənlərə ermənilərin real yanaşmağa başlamaları kimi baxmaq olar”
“Onsuz da məlum idi ki, Xankəndində şişirilmiş rəqəmdə erməni yaşamır”.
Bu sözləri MilliYol.Az-a Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İH-nin üzvü Könül İsmayılova erməni deputatın Xankəndi ilə bağlı etirafını şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi Ermənistanın “Vətəndaş Müqavilə” partiyasının deputatı Vigen Xaçatryan Qarabağda yaşayan ermənilərin sayının şişirdildiyini etiraf edib. O, mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın və separatçıların “dövlət naziri” Ruben Vardanyanın Qarabağda 120 min erməni sakinin yaşaması barədə iddialarını yalanlayıb.
Hakim partiyanın üzvü olan Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını deyib.
Erməni deputatı Vigen Xaçatryanın Qarabağla bağlı fikirlərini MilliYol.Az-ın əməkdaşı Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İH-nin üzvü Könül İsmayılova ilə müzakirə edib.
Könül İsmayılova: “Erməni rəsmilərinin indi həqiqəti dilə gətirməyə başlamaları bir sıra mətləblərdən xəbər verir”.
2020-ci ildə rus sülhməramlılarının Qarabağa ermənilərin köçürülüb yerləşdirilməsi prosesinə başladığını xatırladan partiya rəsmisi bildirib ki, Rusiya MN-in rəsmi məlumatına görə isə, Qarabağa 52 min 700 erməni yerləşdirildi:
“Şuşa-Xankəndi yolunda aksiya başlayandan sonra Ermənistan rəsmiləri və diasporu bunu “humanitar fəlakət” kimi dünyaya təqdim etmək yönündə ciddi fəaliyyət göstərirlər. Onlar hər vəchlə aksiyanın məqsədini dəyişdirməyə çalışırlar. Keçirilən aksiyanın ekoloji terrora deyil, erməni icmasına qarşı olduğu yalanını ifadə edirlər.
Ən əsası isə erməni rəsmiləri və diasporu “Humanitar fəlakət”in həcmini böyütmək üçün guya yolun bağlandığı, 120 min erməninin ağır durumda olduğunu bildirirlər. Aydın məsələdir ki, Xankəndində 120 min erməninin yaşadığı iddiasının arxasında başqa məsələlər dayanır. Çünki Xankəndi və ətrafında 120 min erməni yaşamır. Xatırladım ki, 2020-ci il 14 noyabrından başlayaraq, rus sülhməramlıları Qarabağa ermənilərin köçürülüb yerləşdirilməsi prosesinə başladı. Rusiya MN-in rəsmi məlumatına görə isə, Qarabağa 52 min 700 erməni yerləşdirildi.
Könül İsmayılova: “Hafiz Hacıyev hər zaman deyib ki, Xankəndində yaşayanlar bizim vətəndaşlarımızdır”.
İndi isə erməni deputatı Viqen Xaçatryan bildirib ki, Xankəndi və ətrafında heç 20 min erməni yoxdur. Erməni rəsmilərinin indi həqiqəti dilə gətirməyə başlamaları da bir sıra mətləblərdən xəbər verir. Erməni deputatdan belə bir etirafın edilməsi Xankəndi ətrafında baş verənlərə ermənilərin real yanaşmağa başlamaları kimi baxmaq olar. Heç Ermənistanda əhali qalmayıb, o ki qala, Xankəndində 120 min erməni yaşasın.
Onsuz da məlum idi ki, Xankəndində şişirilmiş rəqəmdə erməni yaşamır. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də hər dəfə deyir. Hafiz Hacıyev hər zaman deyib ki, Xankəndində yaşayanlar bizim vətəndaşlarımızdır. Onlar da bizim vətəndaşlığımızda yaşamaq istəyirlər”.
Nərminə UMUDLU
pia.az