Türkiyə ölkəyə səfər edən turistlərin sayına görə Fransa və İspaniyadan sonra İtaliya və ABŞ-ı qabaqlayaraq üçüncü yeri tutub.
"Economy" qəzetinin Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarından sitat gətirdiyi xəbərə görə, UNWTO-ya üzv ölkələrin məlumatlarında 2019-cu ildə ən çox ziyarətçi qəbul edən ilk 10 ölkə siyahısında altıncı sırada olan Türkiyə üçüncü yerə yüksəlib və gəlirlərinin artırılmasında göstərdiyi performansla birinci olub.
UNWTO məlumatlarına görə, 2022-ci ildə təxminən 1 milyard insan səyahət edib. Pandemiya səbəbindən bu rəqəm 2021-ci ildə 447 milyon, 2020-ci ildə isə 409 milyon olub.
2022-ci ildə turistlərin ən çox gəldiyi ilk üç ölkə Fransa, İspaniya və Türkiyədir.
Türkiyə 51 milyon turistlə 50 milyon turistə çatan ABŞ və İtaliyanı qabaqlayıb. Fransa 82 milyon turistlə birinci yeri tutarkən, İspaniyanın 74 milyon turistə ev sahibliyi edəcəyi təxmin edilir.
İlk 10-luğu Rusiya, Meksika, Yunanıstan, İngiltərə, Almaniya, Portuqaliya, Bolqarıstan, İran tamamlayıb.