“Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borxesin maaşı bəlli olub.
MilliYol.Az Rusiya mediasına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yeni klubda illik 2 milyon avro maaş alacaq.
Qeyd edək ki, 26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək və "Krasnodar”la 2026-cı ilin yayınadək müqavilə imzalayacaq. Rusiya klubunun bu transferə görə "Qarabağ”a 5 milyon avro ödəyəcəyi deyilir.
Kadi Borges bu mövsümün ilk yarısında "Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.
Digər xəbərlər
loading...