Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
MilliYol.Az xəbər verir ki, siyahıda ümumilikdə 67 futbolçu yer alıb. Onların arasında "Qarabağ"ın və millimizin hücumçusu Ramil Şeydayev də var.
Ramil ötən il 25 qol vurub. O, Premyer Liqada 18, ölkə kubokunda 4, milli komandada 2, avrokuboklarda isə 1 dəfə fərqlənib. Şeydayev dünya reytinqində 55-ci pillədə qərarlaşıb.
Siyahıya 56 qol vuean PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. "Mançester Siti"nin və Norveç millisinin üzvü Erlinq Haaland 46 qolla 2-ci pillədə qərarlaşıb. Malayziyanın "Johor" klubunda çıxış edən braziliyalı Berqson isə 46 qolla 3-cüdür.
1. Kilian Mbappe (Fransa) – 56 qol
2. Erlinq Holand (Norveç) - 46
3. Berqson (Braziliya) - 46
4. German Kano (Argentina) - 44
5. Robert Levandovski (Polşa) - 42
6. Boris Kopitoviç (Monteneqro) - 41
7. Mehdi Taremi (İran) - 39
8. Tiaqo Azulyao (Braziliya) - 39
9. Kodai Tanaka (Yaponiya) - 39
10. Kristofer Nkunku (Fransa) - 37
11. Lionel Messi (Argentina) - 35
12. Rikardo Qomes (Kabo Verde) - 35
13. Harri Keyn (İngiltərə) - 35
14. Amal Pelleqrino (Norveç) - 34
15. Sadio Mane (Seneqal) - 33
16. Kərim Benzema (Fransa) - 33
17. Kodjo Fo-Do Laba (Toqo) - 33
18. Qarban Kuqlan (İrlandiya) - 33
19. Julian Alvares (Argentina) - 32
20. Neymar (Braziliya) - 32
21. Mişel Olunqa (Keniya) - 32
22. Nikolyas İbanyes (Argentina) - 31
23. Pedro (Braziliya) - 30
24. İksan Fandi (Sinqapur) - 30
25. Vissam Ben Yedder (Fransa) - 30
26. Reo Nişiquçi (Yaponiya) - 30