Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən Tu-154 təyyarəsində məşhur A. V. Aleksandrov adına mahnı və rəqs ansamblının 3 solistindən başqa bütün üzvləri olub.
AzNews.az Tass-a istinadən xəbər verir ki, qrupun solisti Vadim Ananyev bildirib ki, onun övladı dünyaya gəlib. Bu səbəbdən o, rəhbərliyə müraciət edərək, icazə alıb. Onunla yanaşı digər 2 solsit də şəxsi səbəblərdən təyyarəyə minməyib.
Qeyd edək ki, Suriyanın Latakiya bölgəsinə uçan təyyarədə 92 nəfər olub. Təyyarə havaya qalxandan 20 dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına konsert üçün uçan Aleksandrov qrupunun musiqiçiləri və Rusiyanın Birinci və Zvezda kanalının jurnalistləri də olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...