Bu gün Azərbaycan Bütövlük Platforması və Milliyyətçi Hərəkatçılar Birliyinin rəhbər orqanları 31 dekabr Həmrəylik Günü ilə bağlı fəxri xiyabanda Milli Azadlıq Hərəkatının lideri, sərhəd hərəkatının ideoloqu və rəhbəri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
Tədbiri açıq elan edən ABP sədri Bəhram İsmayıl Milli Həmrəylik günü münasibəti ilə tədbir iştirakçılarını salamlayıb və təbrik edib.
MHB İdarə Heyətinin üzvü Qorxmaz İbrahim sərhəd hərəkatının mühüm əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən hərəkat öncülləri Ellada Məmmədli, Fərəc Yusifbəyli, Həbib Güneyli, Siyavuş Mustafa və digərləri sərhəd hərəkatının Azərbaycanın özgürlüyü və bütövləşməsi yolundakı əhəmiyyətindən və bu hərəkata liderlik edən Əbülfəz Elçibəyin danılmaz rolundan danışıblar.
Törən xatirə fotorafının çəkilməsi ilə başa çatıb.