Hesablama Palatasının auditoru vəzifəsinə təyinat olub.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarovanın təqdimatı ilə Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb. Onun namizədliyi müzakirə olunaraq təsdiqlənib.
Vüqar İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, 2021-ci ildən isə Aparat rəhbəridir. O, auditor vəzifəsinə təyin edildiyi üçün indiki vəzifəsindən azad ediləcək və yerinə təyinat olacaq.
Digər xəbərlər
loading...