Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib. Təyyarənin göyərtəsində 70-dək insan olub.
Soçinin Adler aerodromundan Suriyanın Xmeymim aerodromuna uçan, hava qalxdıqdan sonra radardan itən Tu-154 təyyarəsinin göyərtəsinə 83 sərnişin və 8 heyət üzvü olub.
Təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri, jurnalistlər və hərbiçilər olub. Musiqiçilər Xmeymim aerodromunda Yeni il konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış. Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub. Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.
Artıq təyyarənin qalıqları tapılıb. Ekipaj üzvləri ilə birgə göyərtəsində 92 nəfər olan "TU -154"ün qəzaya uğradığı və Qara dənizə düşdüyü məlum olub. Dənizdən təyyarəyə və sərnişinlərə aid bəzi əşyalar aşkarlanıb. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, artıq həlak olan şəxslərdən birinin meyiti tapılıb. Təyyarə dənizin 57 metr dərinliyinə düşüb və axtarış-xilasetmə tədbirləri davam etdirilir. Nazirlik həmçinin bəyan edib ki, hadisə terror aktı deyil və uçuş qaydalarına düzgün əməl edilməməsi ucbatından baş verib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov isə jurnalistlərə açıqlamasında deyib ki, Putin hadisənin tam mənzərəsini öyrənmək üçün müdafiə nazirini təlimatlandırıb: "Müdafiə naziri Sergey Şoyqu hər dəqiqə prezidentə son vəziyyətlə bağlı məruzə edir və prezident Vladimir Putin axtarış-xilasetmə tədbirlərinə, qəzanın baş vermə səbəblərinin müəyyənləşdirilməsinə şəxsən nəzarət edir".
Qara dənizə düşən təyyarədə olan jurnalistlərdən bəzilərinin kimliyi müəyyənləşib. “TU 154” markalı sərnişin təyyarəsində hərbçi və musiqiçilərlə yanaşı 9 jurnalist də olub və onlar “ORT”, "NTV" və “Zvezda” telekanalının əməkdaşı olub. Artıq “ORT” telekanalının Suriyaya ezam edilmiş əməkdaşlarının adları müəyyənləşib. Bunlar Dmitri Runkov, Aleksandr Soydov və Vadim Denisovdur.
MilliYol.Az
Digər xəbərlər
loading...