Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Qaynarinfo xəbər verir ki, Rayon İcra Hakimiyyəti aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə Tohid Əlihüseyn oğlu Hüseynov təyin olunub.
Qeyd edək ki, Tohid Hüseynov 20 dekabr 1982-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub. 2000-2004-ci illərdə Lənkəran Dövlət Universitetinin filologiya fakulətəsində baklavr (Fransız dili və ədəbiyyatı üzrə), 2018-2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasında Regional idarəetmə üzrə magistratura təhsili alıb.
2014-2015 ci illər Qızılavar ərazi nümayəndəsi, 2015-2016 ci illərdə İctimai-siyasi və Humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.