Terrorçulara maliyyə yardımı edən və çirkli pulların yuyulmasında iştirak edən şirkətləri araşdıran NATO-nun baş katibinin nümayəndəsi Yves Çandelon Belçikanın Andenne şəhərində ölü tapılıb.
Publika.az xəbər verir ki, NATO rəsmisinin cəsədi iş yerindən 140, evindən 100 kilometr məsafədə tapılıb. Qatillər onu başından vurublar.
Qeyd edək ki, Çandelonun ölümü ilə bağlı rəsmi məlumatda intihar etdiyi deyilirdi. Yaxınları isə bu iddiaları rədd edirdi. Lakin bütün dəlillər onun qətlə yetirildiyini göstərir. Belə ki, Çandelon solaxay olub, lakin ölü tapılarkən, tapança onun sağ əlində imiş. Bununla yanaşı, onun rəsmi şəkildə üç silahının olmasına baxmayaraq, əlindəki silahın başqasına aid olması diqqət çəkib.
Son günlər onun davranışlarında qəribəliyin də seçildiyi deyilir. NATO rəsmisi öldüyü halda, yayımlanması üçün oğluna sənəd verib. Həmin sənədlər hazırda polisin əlindədir.
Qeyd edək ki, son bir həftədə yüksək səviyyəli şəxslərin qətlə yetirilməsi halları artıb. Türkiyədə Rusiya səfiri Andrey Karlovun öldürüldüyü gündə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Petr Polşikov da evində ölü tapılıb. NATO rəsmisinin də sui-qəsdə uğraması fonunda baş verənlər diqqət çəkir.
MilliYol.Az
Digər xəbərlər
loading...