Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusuna yol verən şirkətlərlə bağlı Baş Prokurorluğa müraciət edib. Aparılan araşdırma zamanı məlum olub ki, adı açıqlanan şirkətlər tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.
Qaynarinfo sözügedən şirkətlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, adları cinayət işlərində hallanan şirkətlərin əkrəyiyyəti yeni yaradılıb. Həmçinin bir adamın adına bir neçə şirkət də eyni ünvanda və yaxud eyni vaxtda dövlət qeydiyyatdından keçərək, Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər qurumların təşkil etdiyi tenderlərin qalibi olub.
"Alfa 99 corp" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Ülvi Cəfərov Şahin oğludur. Bu şirkət AMEA-nın keçirdiyi tenderlərin qalibi olub. Ü.Cəfərov eyni tarixdə (31.01.2022), eyni ünvanda qeydiyyatdan keçən daha 4 şirkətin - "Orlondo 22 corp”, "Az land LT”, "Green dream LT” və "Cfr 22 corp” MMC-lərin qanuni təmsilçisidir. Bu şirkətlərin hər birinin nizamnamə kapitalı 10 manatdır. Ü.Cəfərovun "Cfr 22 corp” MMC-nin də adı sözügedən siyahıda yer alır. Ümumilikdə isə bu şəxs tenderlərdə 1 milyon manatdan çox vəsait əldə edib.
"Alov Mühafizə” MMC-nin 10 saylı filialı bu VÖEN-lə (1306267441) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi ödəyir. Şirkət "Alov Mühafizə” MMC-nin tərkibində fəaliyyət göstərir. MMC ölkə üzrə mühafizə xidməti ilə bağlı keçirilən satınalmalarda ən çox qazanan şirkətdir. Təkcə 2020-ci ilin ilk ayı ərzində 32 tenderdə qalib olub və dəyəri 1 milyon 218 min 845 manat olan 32 müqavilə bağlayıb.
Əsasən, Elm və Təhsil Nazirliyinə bağlı gimnaziyalar, peşə məktəbləri, məktəb-liseylər, kolleclər, internat məktəbləri, idman məktəblərinin mühafizə xidmətini "Alov Mühafizə” MMC-yə həvalə edilir. 2009-cu ildə yaradılan MMC-nin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhər, Nizami rayonu, Əli Əliyev, ev 16, mənzil 68, qanuni təmsilçisi isə Xalis Yunus oğlu Talıbovdur. Y.Talıbov Naxçıvan Muxtar Respublikasının sabiq sədri Vasif Talıbovun yaxın qohumudur.
"Ağ Naftalan” MMC-nin təsisçisi və baş direktoru Volodya Zamanovdur. V.Zamanov 1946-cı ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. O, 2007-ci ildən "Ağ Naftalan” MMC-nin təsisçisi və baş direktorudur. "Ağ Naftalan" MMC yarandığı gündən etibarən Azərbaycanın iqtisadiyyatında önəmli rol oynayaraq, Səhiyyə Nazirliyi, "Azərsu" ASC və digər qurumlarla iş birliyi yaradıb və ümumi dövriyyəsi milyon manatlarla ölçülən sanballı layihələrdə tenderlərin qalibi olub.
"Archimed” MMC-nin qanuni təmsilçisi Mirzəyev Tacir Seyidağa oğludur. Şirkət bir neçə gün əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi 136 min 651 manat 91 qəpiklik tenderin qalibi olub. 10 manat nizamnamə kapitalı olan şirkət 22 may 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
"Azbiodinamika" MMC gübrə istehsalı və satışı ilə məşğuldur. Şirkətin qanuni təmsilçisi Vaqif Muradov Valeh oğludur.
"Azerenerji Təchizat” MMC "Azərenerji” ASC ilə qarışdırılmamlıdır. MMC-nin sözügedən ASC-yə, ümumiyyətlə, aidiyyəti yoxdur. Şirkət bir müddət əvvəl Müdafiə Nazirliyinin keçirdyi 874 907.88 AZN-lik tenderin qalibi olub. Şirkətin qanuni təmsilçisi Çobanov Famil Eldar oğludur.
"Braenso Line" MMC-nin dövlət qeydiyyatına alınması ilə bağlı hər hansısa bir məlumata rast gəlinməyib.
"Buta service group" MMC-nin qanuni təmsilçisi Mətanət Mirzəyeva Zəfər qızıdır.
"Echo moon LT” MMC-nin qanuni təmsilçisi Talıblı Lamiyə Ədixan qızıdır. O, KİV-də tender bazarının "yeni ulduzu" kimi tanınır. MMC dövlət qeydiyyatına alındıqdan cəmi iki ay ay sonra Səhiyyə Nazirliyinə və AMEA-ya tabeli qurumların keçirdikləri kotirovka sorğularının qalibi olmağa başlayıb.
L.Talıblının adı nizamnamə kapitalı 10 manat olan "Qlobal 18 corp" MMC-nin cinayət işində hallanır.
"EF Print Reklam Mətbəə Poliqrafiya” MMC barəsində məlumat yoxdur.
"Gold planet LT” MMC-nin qanuni təmsilçisinin Axundov Elman Qulu oğludur. Şirkət son zamanlar Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin tez-tez qalibi olur. E.Axundovun nizamnamə kapitalı 2 manat olan "Qlobus AZXX Kompany” MMC və "Star-08 LT" MMC şirkətlərinin adı da bu məsələdə hallanır.
"Kaspian standart" MMC-nin qanuni təmsilçisi Əmirov Elnur Nəriman oğludur. 12 ildən çoxdur fəaliyyət göstərən 10 manatlıq MMC ən çox Abşeron rayonun sabiq icra başçısı İradə Gülməmmədovanın dövründə tenderlərin qalibi olub. Hətta onun şirkəti Abşeron rayonunda yarım milyon manata yaxın tenderi də qazanıb.
İradə Gülməmmədova
"LM holdinq-l" MMC-nin qanuni təmsilçisi Kərimova Qənirə Məzahir qızıdır. Q.Kərimova eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 4 şirkətə - "Uni servis tc" MMC, "Orion ms" MMC, "MF-sistem” MMC və "Art dizayn-ts" MMC-yə rəhbərlik edir. Bu şirkətlər bu ilin əvvəlindən "Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının və digər dövlət qurumlarının keçirdiyi 1 milyon manatdan çox tenderlərin qalibi olub.
"Montela ABC” MMC-nin və "Mahdi nema" MMC-nin qanuni təmsilçisi Abdullayev Tural Fikrət oğludur. T.Abdullayevin şirkətləri ən çox Müdafiə Nazirliyinin hərbi hissələrinin keçirdiyi tenderlərinin qalibi olub.
"Marz” MMC-nin qanuni təmsilçisi Mail Məmmədov Məmmədhəsən oğludur.
Nizamnamə kapitalı 4 manat olan "Rəbunə” MMC-nin qanuni təmsilçisi Məmmədova Ənubər Qəzənfər qızıdır. Bu şirkət də ən çox Mədəniyyət Nazirliyinin keçirdiyi tenderlərin qalibi olub.
"Şəhriyar Təmir Tikinti" MMC-nin qanuni təmsilçisi İsmayılov Kazım İmaməli oğludur.
"T-delta group LT" MMC-nin qanuni təmsilçisi İskəndərov Turxan Zahid oğludur.
"Texnomaks" MMC-nin qanuni təmsilçisi Qurbanov Rusif Fəzail oğludur.
"Vətən-N Mühafizə Xidməti MMC”nin 8 saylı filialı "Vətən-N Mühafizə Xidməti” MMC-nin tərkibində fəaliyyət göstərir. MMC-nin qanuni təmsilçisi Cahangirov Namiq Babacan oğludur.
"Vesta Group” MMC-nin qanuni təmsilçisi Nəsirli Tural Vasif oğludur.
"Zirfe tim corp" MMC-nin isə qanuni təmsilçisi Əhmədov Xəyal Şahsuvar oğludur.
Digər xəbərlər
loading...