Xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi və digər nüfuzlu yarışların laureatı, balet artisti Fərid Kazakovun 32gun.az-a müsahibəsini təqdim edirik:
- Neçənci ildən bu sənətlə məşğulsuz?
- Baletə 3 yaşımda gəlmişəm. O dövrdə valideynlərim məni Bakı Gimnastika məktəbinə yazdırmaq istəsəd də qəbul etməmişdilər. Səbəb isə bu sahədə, gimnastikada heç nə bilmirdim.
Ailəmin dediyinə görə o zaman çox ağlamışam. Sonradan mənə 3 ay şans verdilər ki, burada məşq et, yenidən səni baxışdan keçirəcəyik. Azyaşlı olmağıma baxmayaraq bu şansdan yaxşı istifadə etdim və müsbət cavab verdilər, məktəbdə qala biləcəyimi dedilər. Əslində nənəm məni tez-tez sirkə baxmağa aparırdı, gimnastları da orada bəyənib sevmişəm.
- Bəs kimin sayəsində sırf baletə meyl saldız?
- Sırf baletə yönəldən, ilk müəllimim, Azərbaycanın görkəmli balet ustası, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva olub. Gimnastikadan gedəndə baletə gətirdi, bu sahəni sevdirdi.
Onun kimi möhtəşəm balet ustasından dərs almaq özü böyük uğurdur. Tamilla xanıma çox minnəttaram. Ondan aldığım dərslərin nəticəsində beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi olmuşam. Tamilla xanım təkcə məşqçim deyildi, həyatda da verdiyi məsləhətləri sayəsndə bu gün bu yerdə dayanmışam. Bunu hər zaman demişəm, o ikinci anam kimidir, onsuz mən ola bilməzdim.
- Dediniz Yubley tamaşam olacaq. Balet sənətindəki 10-cu ilinizdə belə bir tamaşa fikri kimdən gəldi?
- Özüm istədim. Çünki 24 dekabr həm də mənim doğum günümdür. Bütün doğum günlərimi səhnədə qeyd etmişəm. Bu il də Xalq artist Vidadi Həsənovla tanış oldum. Bununla bağlı müzakirə apardıq. O çox yaxşı insan və işinin peşəkarıdır. Vidadi müəllimə dedim ki, doğum günümdə səhnədə olmaq istəyirəm. O da mənə bu təklifi irəli sürdü. İnanıram ki, maraqlı olacaq. Həqiqətən də çox şadam ki, həyatda belə möhtəşəm şəxslərlə, korifeylərlə işləmişəm və işləməyə də davam edirəm. Tamilla xanım, Vidadi müəllim kimi şəxslər Azərbaycan incəsənətinin tarixidir. Onların sayəsində böyük təcrübə qazanıram.
- Niyə "Bir gəncin iztirabları”?
- Bu tamaşanı seçməklə gənclərə bildirmək istəyirəm ki, hər zaman iztirablardan çıxış yolu var. Öz uğurlu yolunu düzgün seçə bilərsən. Bir növ gənclərə motivasiya vermək istəyirəm. Pozitiv fikirlərə köklənmək vacibdir. Bu zaman daha da irəli gedəcəyik. Bir gənc kimi həm karyeramda, həm də şəxsi həyatımda iztirablı günlərdən keçmişəm. Məni xilas edən isə pozitivlik olub.
Təbii ki, belə tamaşaların davamı olacaq. Dayanmaq, səhnədən getmək fikrim yoxdur. Hələ gəncəm. Çünki tamaşalarımla insalara ümid vermək istəyirəm. Bildirmək istəyirəm ki, hər şey yaxşı olacaq, sadəcə lazımı vaxtı gözləmək, özünə inanmaq mütləqdir.
- Belə tamaşalara marağı artırmaq üçün nə etmək olar?
- Ancaq göstərmək, tamaşalarımızı səhnələşdirməklə mümkündür. Qeyd etməliyəm ki, biz Akademik Milli Dram Teatrına gedəndə biz gəncləri görmürük. Çünki onlara maraqlı deyil. Bizim kimi gənclər indi müassir teatrlara üz tutur. Çünki biz bu gün həyatımız üçün vacib anlarını, çətinlikləri və onlardan çıxış yollarını səhnələşdiririk.
İnanıram ki, gənclərimiz belə tamaşalarla teatra daha yaxın olacaq. Bu tamaşalar inanıram ki, onların həyatına da təsir edəcək. Onlar özlərinə yeni fikir, yeni zövqlər, ideya aşılayacaqlar.
Digər xəbərlər
loading...