Xəbər verdiyimiz kimi, Reyhan adlı azərbaycanlı müğənni Rusiyada avtomobil qəzasında dünyasını dəyişib.
Bizim.media-nın əməkdaşı sözügedən xəbəri sosial şəbəkə hesabında yayan aparıcı və aktyor Sərxan Kərəmoğlu ilə əlaqə saxlayıb.
Aktyor bildirib ki, qəza dekabrın 19-dan 20-nə keçən gecə Rusiyanın vilayətlərinin birində baş verib.
"Avtomobildə dörd nəfər olub. Reyhan xanım və üç nəfər isə musiqiçi olub. Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərə görə vəfat edib. Reyxan xanım 30 ildir ki, Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin”, - deyə S.Kərəmoğlu vurğulayıb.
Digər xəbərlər
loading...