Türkiyənin məşhur müğənnisi Demet Akalın növbəti dəfə Azərbaycana təşrif buyurub.
Sənətçi paytaxtımıza qonaq gəlib. O, uzun müddətdir birgə çalışdığı stilist Anar Ağakişiyevin gözəllik salonunu da ziyarət edib.
Demet oradan görüntüləri və Anarla birgə fotosunu "Instagram"da paylaşıb.
Olay.az-ın məlumatına görə, sənətçi paytaxt restoranlarının birində dəbdəbəli toyda səhnə alıb.
Demet gecədə populyar mahnılarını səsləndirib. Nəsib Nurun aparıcılıq etdiyi məclisdə Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Xumar Qədimova da çıxış edib.
Digər xəbərlər
loading...