“Müasir Müsavat Partiyası olaraq biz də bir nəfər kimi Laçın-Şuşa yolunda keçirilən aksiyaya qoşulmağa hazırıq”
Bu sözləri Müasir Müsavat Partiyasının keçmiş müavini, indiki Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova iki gündür Laçın-Şuşa yolunda davam edən aksiyanı MilliYol.Az-a şərh edərkən qeyd edib.
Könül İsmayılova: “Partiyamızın hər bir üzvü nə zaman lazım olsa, vətənimiz üçün əsgər olmağa hazırdır”.
Müasir Müsavat Partiyasının Laçın-Şuşa yolunda keçirilən aksiyanı dəstəklətdiyini nəzərə çatdıran Könül İsmayılova bildirib ki, bu etiraz aksiyası çoxdan keçirilməli idi:
“Bildiyimiz kimi “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyaları davam edir. Aksiya iştirakçılarına dəstək məqsədi ilə tədbirin keçirildiyi əraziyə könüllülər, blogerlər, media mənsubları və s. şəxslər gəlir. Rusiya sülhməramlıları isə əraziyə əlavə qüvvə cəlb edir.
Müasir Müsavat Partiyası olaraq biz də bir nəfər kimi Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya qoşulmağa hazırıq. Aidiyyatı qurumlar nə zaman məsləhət bilsələr bütün rayon təşkilatlarımızla keçirilən aksiyada iştirak etməyə hazırıq. Aksiya başlanan anda Müasir Müsavat Partiyasının üzvləri öz dəstəklərini verirlər. Partiyamızın hər bir üzvü nə zaman lazım olsa, vətənimiz üçün əsgər olmağa hazırdır.
Könül İsmayılova: “Bir daha sübut olundu ki, bütün qanunları, şərtləri Rusiya sülhməramlı pozur”.
Müasir Müsavat Partiyası Şuşa-Xankəndi yolunda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin, media nümayəndələrinin keçirdiyi etiraz aksiyası dəstəkləyir. Düşünürəm ki, bu etiraz aksiyası çoxdan keçirilməli idi. Çünki rus sülhməramlıları Qarabağda öz missiyalarını düzgün yerinə yetirmirlər. Rusiya sülhməramlıları orada ayrıseçkilik edərək, ancaq erməniləri qoruyurlar.
Sülhməramlıların aksiya keçirilən əraziyə texnika yığması və yolları bağlaması heç bir qanuna sığmır. Çünki bütün dünya bilir ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. O ərazilər bizimdir və həmin torpaqlarda bizim vətəndaşlarımız olmalıdır. Bir daha sübut olundu ki, bütün qanunları, şərtləri Rusiya sülhməramlı pozur.
Bizim bu gün ürəyimiz Laçınla, Xocalı, Xankəndi, Şuşa və bütün Qarabağla döyünür. Biz də hər zaman orada olmağa hazırıq”.
MilliYol.Az