"Bu təyinat Azərbaycana qarşı bu və ya digər bəhanə ilə hərbi təxribatlar həyata keçirən ölkələrə ciddi xəbərdarlıqdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu türkyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına münasibət bildirərkən deyib.
"Bu, çox önəmli hadisədir. Təyinat zaman baxımından da önəmlidir. İstər Bəxtiyar Paşa, istərsə də bir neçə digər türk generalı Azərbaycan Ordusunda müvafiq müşavir vəzifəsində olublar. Həmin statusun indi rəsmiləşdirilməsi heç də təsadüfi deyil. Hazırda Azərbaycan ətrafında olduqca gərgin geosiyasi vəziyyət yaranıb. Davamlı şəkildə Rusiya və İrandan gələn təzyiqlərlə üz-üzəyik. Eyni zamanda, bəzi Qərb dövlətləri də Azərbaycanla münasibətlərdə təzyiq yoluna üstünlük verir. Belə olan halda, yeganə strateji müttəfiqimiz olan Türkiyə ölkəmiz üçün xüsusi önəm kəsb edir.
Hazırda geosiyasi proseslərin aktiv mərhələdə olduğunu və burada güc amilinin olduqca ciddi rol oynadığını nəzərə alsaq, son Türkiyə-Azərbaycan birgə hərbi təmiləri, onun əhatə dairəsi, cəlb olunan texnika, canlı qüvvənin sayı, növləri Bakı üçün Ankaranın ciddi müttəfiq rolunda olduğunun göstəricisi idi. Bu Azərbaycana qarşı bu və ya digər bəhanə və yollarla hərbi təxribatlar həyata keçirən ölkələrə ciddi xəbərdarlıqdır. Sözügedən təyinatın indi olmasının əsas səbəblərindən biri də Azərbaycan Ordusunun rəhbərliyində hələ də rusiyameylli çoxsaylı generalların olmasının qarşısını kəsməyə hesablanmış addımdır. Ehtimal edirəm ki, dövlət başçısı tərəfindən Bəxtiyar Paşaya ciddi səlahiyyətlər verilib. Bu təyinat Azərbaycan Ordusunun daha etibarlı əllərdə olmasının təminatıdır”.
Hərbi ekspert Üzeyir Cəfərov da qeyd edir ki, Bəxtiyar Ersayın təyinatı Azərbaycan Ordusunda türk və NATO təhsilli zabitlərə üstünlük verilməsinə gətirib çıxaracaq:
"NATO üzvü olan Türkiyənin böyük təcrübəyə malik bir generalın Azərbaycan Müdafiə Nazirliyində vəzifəyə gətirilməsi ölkəmiz üçün bir şansdır. Bəxtiyar Ersoy gələn ilin avqustuna qədər bu vəzifədə olacaq. Azərbaycan Ordusunun Türkiyə Ordusu modelində formalaşması vacib elementdir. Fikrimcə, Ersayın təyinatı Azərbaycan Ordusunda daha çox türk və NATO təhsilli zabitlərə üstünlük verilməsinə gətirib çıxaracaq.
Digər tərəfdən, bu addım mütləq mənada ordumuzdakı rus təsirinin xeyli dərəcədə azalmasına da gətirib çıxaracaq. Azərbaycanın müstəqilliyinin ilk günlərindən Türkiyə Ordusu yanımızda olub. Mövcud şəraitdə onlarsız keçinmək mümkün deyil. Bu mənada Bəxtiyar Paşanın bu təyinatı ölkəmiz üçün uğurlu variantdır”.
Qeyd edək ki, Türkiyə Ordusunun Azərbaycandakı Xidmət Qrupunun Komandanı, general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunub. General Bəxtiyar Ersay hazırkı vəzifəsi ilə bərabər, müşavir olaraq Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işləri, aparılan islahatları koordinasiya edəcək.
Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Həbsinin 31-ci ayında azadlığa çıxan polkovnik qısa müddət sonra general rütbəsi alır və briqada komandanı təyin olunur. O, başına gələn müsibətlərdən sonra mükafatlandırılması və ya orduda ona ehtiyac duyulmasına çox təvazükar şəkildə "Mən türk zabitiyəm. Belə yetişdirildim. Dövlətdən küsmək olmaz. Bəli, başımıza haqsız işlər gəldi. Allaha verərkən yaxşı, alarkən pis deyilə bilmədiyi kimi, dövlətədə verərkən yaxşı, alarkən pis demək olmaz. Biz hər şərtlərdə "Vətən sağ olsun”,- deyə yetişdirildik”,- cavabını verib.
Bəxtiyar Ersay FETÖ-nün 15 iyun 2015-ci ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb. 16 iyul çevrilişindən iki həftə sonra Haqqari-Çukuca 2 Sərhəd Birqadasının komandanı təyin edilib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub. Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General B. Ersayın komandanlığındakı briqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib. Məlumatlarda qeyd edilir ki, bu əməliyyatla 207 terrorçu məhv edilib. Əməliyyat zamanı general Ersay Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.
General əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalındandır. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə hərbi akademiyaya qəbul olub.
Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.
Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B. Ersay dayanıb.
Azərbaycana gəlməzdən öncə Türkiyədə PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də B. Ersaydur.
0x0-yas-karariyla-tumgeneral-olan-bahtiyar-ersay-kaletepeyi-teroristlere-mezar-yapmisti-bahtiyar-ersay-kimdir-1564670267281.jpg (86 KB)
General B. Ersayın sonuncu vəzifəsi Türkiyədəki sonuncu vəzivəsi Quru Qoşunları müavininin əməliyyat məsələləri üzrə müavini olub.
Ersay hər zaman dağlarda düşmənlə üz-üzə gəlib və hər dəfə də düşmənə ağır məğlubiyyət yaşadıb.
2021-ci ildən Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
Digər xəbərlər
loading...