Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılıb.
MilliYol.az-ın xəbərinə görə, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:
“Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”, Eşqin Qasımov deyib.
Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Digər xəbərlər
loading...