“Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Luqansk və Donetsk “xalq respublikaları”nın döyüşçülərinə söz verib ki, 1,-1,5 ildən sonra Rusiyanın tərkibinə girəcəklər”.
Bu haqda Ukrayna Ali Radasının üzvü, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Vladislav Surkov separatçı qurumların döyüşçülərinə tapşırıb ki, Donbasın sakinlərinə “respublikalar”ın inkişafına Rusiyanın töhfəsi haqqında informasiya versinlər. “Vladislav Surkovun vədinə əsasən “DXR” və “LXR” 1-1,5 ilə inzibati vahidlər kimi Rusiya Federasiyasının tərkibinə girməlidir”, - deyə Ali Radanın üzvü qeyd edib.
Qeyd edək ki, Ukraynanın şərqində döyüş əməliyyatları 2014-cü ilin aprelində başlanıb. Rusiyayönlü döyüşçülər Moskvanın hərbi yardımı ilə Donbasın xeyli hissəsini işğal ediblər.
2014-cü ilin mayında “DXR” və “LXR”-də müstəqillik haqqında “referendum”lar keçirilib. Amma onun nəticələri Rusiya tərəfindən tanınmayıb.(Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...