• Xəbər lentİ
Fləş

Əfruz müəllim öldü

11:05 / 10.06.2023

"Məni sevib qalsaydın” klipinin təqdimatı oldu (FOTO/VİDEO)  

16:05 / 10.06.2023

Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib (FOTO)  

13:57 / 10.06.2023

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

11:58 / 10.06.2023

Zakir Həsənov tapşırıq verdi (FOTO/VİDEO)

11:32 / 10.06.2023

Əfruz müəllim öldü

11:05 / 10.06.2023

Türkiyənin daha bir cənnəti - Mustafapaşa

10:19 / 10.06.2023

Cəhbədə silahlar susmur - Atəşkəs yenə pozuldu

10:06 / 10.06.2023

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

09:49 / 10.06.2023

Bu rayonlara yeni hərbi prokuror təyin edildi

17:49 / 09.06.2023

"Uşaq hüquqları haqqında" yeni qanun hazırlanacaq

16:41 / 09.06.2023

Orxan Fikrətoğlu istefa verdi

16:38 / 09.06.2023

Güney Azərbaycanın bu şəhərinə fars adı ilə əyalət statusu verilir (FOTO)

16:20 / 09.06.2023

Sabiq vəzifəli şəxs aldığı puldan 55 min manat geri qaytardı

15:56 / 09.06.2023

Ərdoğanın Bakıya səfər tarixi açıqlandı

14:26 / 09.06.2023

Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında (FOTOLAR)  

14:16 / 09.06.2023

“Kristal Abşeron” şirkətinin binalarında təhlükəsizlik qaydaları kobud şəkildə pozulur...

13:01 / 09.06.2023

Şəxsiyyət vəsiqələri üçün ödənilən rüsum azaldılır? (AÇIQLAMA)

12:15 / 09.06.2023

Güclü küləkdə bayrağı belə dəyişdilər (VİDEO)

12:11 / 09.06.2023

Milli Məclisdə yeni təyinat (FOTO)

11:49 / 09.06.2023

“ARB Günəş” yeni layihəyə imza atdı

11:14 / 09.06.2023

Məmur 42 min manat rüşvət almaqda ittiham olunur

10:40 / 09.06.2023

Hövsanda niyə bank yoxdur? (VİDEO)

09:17 / 09.06.2023

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” - Su satan Elvinin anası

09:05 / 09.06.2023

Yusif Mustafayev sələmə pul verir?  

08:55 / 09.06.2023

Məşhur aktyor "Ben bu cihana sığmazam"dan gedir (FOTO)

08:47 / 09.06.2023

Bu vəzifədə ilk qadın oldu (FOTO)

08:40 / 09.06.2023

Xaçmazda 160 minlik tədbirlər toplusu - 28 Mayla bağlı 4 gün tədbir təşkil edən şirkətlə müqavilə

18:47 / 08.06.2023

Bayram Mikayılov - Sabirabad xəstəxaanasında rüşvət və korrupsiyanın “açıq qapısı”

17:24 / 08.06.2023

Abdin Fərzəliyevin 3 milyonluq təmir-abadlıq işləri - Geyim satan, vergi borcu olan, qanunu pozan şirkətlərlər...

17:23 / 08.06.2023

Qurbanlıq heyvanların qiyməti açıqlandı (VİDEO)

16:45 / 08.06.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 10 İyun 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Tarix

Çilingər idi, nazir oldu (FOTO)

11:41 04.12.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ağır müharibə illəri, gərgin iş rejimi onun sağlamlığına təsir edə bilməyib. Aleksandr Yejevski 101 illik ömrünün sonuna qədər iş başında olub. SSRİ-nin kənd təssərüfatı texnikası, traktor və maşınqayırma sənayesində o, əvəzolunmaz kadrlardan biri sayılıb. Sıravi çilingərlikdən nazir vəzifəsinə qədər yüksələn Yejevski İosif Stalin, Nikita Xruşov, Leonid Brejnev, Yuri Andropov, Konstantin Çernenko, Mixail Qorbaçovla dəfələrlə ünsiyyətdə olub, özünü onlara sübut etməyi bacarıb.

Vəzifə yükünün ağırlığını isə ilk dəfə 1951-ci ildə, Altay Traktor Zavodunun direktoru işləyəndə hiss edib. Yejevski həmin günü öz xatirələrində aşağıdakı kimi xatırlayıb:

“Mənim həmin vaxt 36 yaşım var idi. Altay diyarında, Rubtsovsk şəhərindəki traktor zavodunun direktoru işləyirdim. Moskva ilə aramızda zaman fərqi 4 saat var idi. Günlərin birində gecə saat 12-dən sonra evə telefon zəngi gəldi. Həm yaşadığım evə, həm də iş yerimə hökumət telefonu (VÇ) çəkilmişdi. Bu telefona gələn zənglərin “vacib”liyini yaxşı anlayırdım. Amma gecədən xeyli keçmiş gələn bu zəng məni daha çox narahat etdi. Dəstəyi qaldırdım. Xəttin o başından Stalinin köməkçisi Poskrebışev özünü təqdim etdi və bildirdi ki, dəstəkdə gözləyim, Stalin mənimlə danışacaq. Qeyri-ixtiyari olaraq ayağa qalxdım.

Ezhevskiy_Kult_01_01.jpg (142 KB)

Bir neçə dəqiqədən sonra Stalinin ağır səsi eşidildi. O, salamlaşdıqdan sonra birbaşa mətləbə keçdi, özü də çox qısa şəkildə dedi:

- Yoldaş Yejevski, Qazaxstanın katibi Şayahmetov bizdən xahiş edir ki, onlara lazım olan traktorlar vaxtında ünvanına çatdırılsın. Siz bu məsələni iki günə həll etməlisiniz. Hələlik.

Stalin belə dedi və dəstəyi asdı. Mən tez iş dəftərçəmi açıb Qazaxstana ayrılacaq traktorların sayına baxdım. Böyük rəqəm idi – 500 traktor. İstismara hazır olan traktorlarımız var idi, amma onların sayı çox deyildi. Biz iki gün ərzində tapşırığı yerinə yetirməli idik. Elə gecə ikən zovodun dispetçerinə zəng vurub bütün kişi işçiləri işə çağırmaq barədə göstəriş verdim, özüm də zavoda getdim. Hamı yığışdı, mən elan etdim ki, iki gün fasiləsiz işləyəcəksiniz, biz Stalinin tapşırığını yerinə yetirməliyik. Səhər tezdən zavodun qadın işçiləri işə gələndə mən onların bir qismini evə göndərdim, tapşırıq verdim ki, şəhərin ərzaq anbarından ərzaq məhsulları ayrılacaq, onları götürüb evdə yemək bişirsinlər və zavoda gətirsinlər. İki gün qızğın iş getdi, biz 500 ədəd traktoru Qazaxstana göndərdik. Təxminən eyni vaxtda, Stalinin mənə zəng etdiyi gecə saatlarında Kremlə zəng vurdum, Poskrebışevlə danışdım:

- Yoldaş Stalinə məruzə edin ki, onun göstərişi icra olundu, traktorlar Qazaxstana göndərildi.

Gecə saat 4-5 olardı ki, telefona zəng gəldi. Düşündüm ki, Stalinin növbəti tapşırığı olacaq. Zəng vuran Poskrebışev idi:

- Aleksandr Aleksandroviç, yoldaş Stalin sizə təşəkkürünü bildirdi.

1280px-Ezhevskij.jpg (153 KB)

Bir neçə aydan sonra mən Moskvada, Mərkəzi Komitədə kənd təsərrüfatı işçiləri ilə keçirilən müşavirədə iştirak edəndə Stalin mənim adımı xüsusi vurğuladı və qeyd etdi ki, Mərkəzi Komitənin mənim haqqımda təşəbbüsü var. Yeni vəzifəyə təyinatla bağlı idi bu təşəbbüs. Amma Stalinin ömrü buna çatmadı...”

Aleksandr Yejevski 1915-ci ildə İrkutsk vilayətinin Tulun şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra bir müddət İrkutsk maşınqayırma zavodunda çilingər köməkçisi, çilingər işləyib. Daha sonra o, İrkutsk Metallurgiya İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra İrkutsk Kənd Təsərrüfatı İnstitutunda laborant, müəllim, baş müəllim vəzifəsində işləyib.

Sonrakı fəaliyyətini istehsalata bağlayan Yejevski İrkutskda maşınqayırma və avtomobil təmiri zavodlarında baş mühəndis və direktor vəzifələrində çalışıb.

QuMjVZXTMfc.jpg (112 KB)

Sovet-alman müharibəsi başlananda Yejevski könüllü olaraq müharibəyə getmək üçün hərbi komissarlığa müraciət edib. İrkuts vilayət partiya komitəsinin rəhbərliyi onu mütəxəssis kimi zavodda saxlayıb. Həmin dövrdə Yejevskinin işlədiyi zavodlar hərbi təyinatlı məhsullar buraxıb.
1950-ci illərin sonunda Yejevski ölkənin əsas traktor istehsal edən zavodlarının birinə, Altay Traktor Zavoduna direktor təyin edilib. 4 il bu vəzifədə işlədikdən sonra o, Rostovdakı maşınqayırma zavoduna direktor vəzifəsinə təyinat alıb.

Hansı vəzifədə işləməsindən asılı olmayaraq Yejevski öz göstəriciləri ilə həmişə diqqət çəkib və o, öz sahəsinin ən güclü mütəxəssislərindən olub.

1955-ci ildən Yejevski fəaliyyətini SSRİ Kənd Təssərrüfatı və Traktor Maşınqayırma Nazirliyində (nazirliyin adı bir neçə dəfə dəyişdirilib) davam etdirib. O, bu nazirlikdə uzun illər baş idarə rəisi, nazir müavini vəzifələrini tutub. 1980-1988-ci illərdə isə Yejevski nazir təyin olunub.

Ezhevsky-001.jpg (119 KB)

Yejevski öz xatirələrində birinci şəxslərlə münasibətlərinə də yer ayırıb:

“Nikita Xruşovla bir neçə dəfə səfərdə olmuşam. O, hərtərəfli savadlı adam olmasa da, təşkilatçılıq məsələsində mükəmməl idi. Biz SSRİ-nin ayrı-ayrı bölgələrində olarkən, yerlərdə kənd təssərüfatı texnikalarının müzakirəsi aparılanda Xruşov elə yerindəcə problemləri aradan qaldırmaq üçün göstəriş verirdi. Bir məsələ də var ki, Xruşov bütün məsələləri öz düşündüyü kimi həll edirdi. Müvafiq sahənin mütəxəssislərinin fikri onu çox da maraqlandırmırdı. Bu da əksər vaxtlarda mübahisəyə səbəb olurdu. Belə məsələlərdə Brejnev daha rahat adam idi. O, əvvəlcə mütəxəssislərin rəyini dinləyirdi, dəfələrlə götür-qoy edirdi, sonra qərar verirdi. Andropov və Çernenkonun qısa müddətli baş katibliyi dövründə bizim sahə ilə Mərkəzi Komitənin müvafiq şöbələri məşğul oludular. Biz hesabatlarımızı, planlarımızı onlarla müzakirə edib ümumi nəticəyə gəlirdik. Hər iki baş katibi yalnız plenumlarda görürdük. Bütövlükdə SSRİ-nin iqtisadiyyat sahəsində ən bacarıqlı, ən savadlı adam Kosıgin idi. O, həm də çox ziyalı, insanpərvər, məmurları sona qədər təmkinlə dinləməyi bacaran, problemlərin kökünün haradan gəldiyini bilən və onların həll yollarını tapan bir şəxsiyyət idi. Onun vəzifədən getməyi SSRİ üçün, xüsusilə ölkənin iqtisadiyyatı üçün böyük zərbə idi...”

ezhevsky_aa-1164x1536.jpg (199 KB)

1988-ci ildə nazir vəzifəsindən azad olan Yejevski ömrünün sonuna qədər ayrı-ayrı elmi müəssislərdə, tədqiqat institutlarında müşavir və məsləhətçi kimi fəaliyyətini davam etdirib.

Aleksandr Yejevski 2017-ci ildə, 101 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

Mənbə: Musavat.com


Etiket:

Digər xəbərlər

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

10.06.2023
Əfruz müəllim öldü

Əfruz müəllim öldü

10.06.2023
Türkiyənin daha bir cənnəti - Mustafapaşa

Türkiyənin daha bir cənnəti - Mustafapaşa

10.06.2023
Cəhbədə silahlar susmur - Atəşkəs yenə pozuldu

Cəhbədə silahlar susmur - Atəşkəs yenə pozuldu

10.06.2023
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

10.06.2023
Zakir Həsənov tapşırıq verdi (FOTO/VİDEO)

Zakir Həsənov tapşırıq verdi (FOTO/VİDEO)

10.06.2023
Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib (FOTO)
 

Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib (FOTO)  

10.06.2023

"Məni sevib qalsaydın” klipinin təqdimatı oldu (FOTO/VİDEO)  

10.06.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

10.06.2023
Əfruz müəllim öldü

Əfruz müəllim öldü

10.06.2023
Türkiyənin daha bir cənnəti - Mustafapaşa

Türkiyənin daha bir cənnəti - Mustafapaşa

10.06.2023
Məşhur futbolçu ölən oğlunun sevgilisi ilə eşq yaşayır (FOTOLAR)

Məşhur futbolçu ölən oğlunun sevgilisi ilə eşq yaşayır (FOTOLAR)

04.06.2023
Deputatın qardaşı ilə sakinlər arasında gərginlik:

Deputatın qardaşı ilə sakinlər arasında gərginlik: "Çəkilişi dayandırmasaz..." (VİDEO)

06.06.2023
Azərbaycanlı meyxanaçı aparıcıya İstanbulda evlilik təklifi etdi (VİDEO)

Azərbaycanlı meyxanaçı aparıcıya İstanbulda evlilik təklifi etdi (VİDEO)

05.06.2023
Əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmurlar (SİYAHI)

Əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmurlar (SİYAHI)

11.05.2023
Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış etdi (VİDEO)

Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış etdi (VİDEO)

14.05.2023
Bu məscidlərə imam təyin olundu (SİYAHI)

Bu məscidlərə imam təyin olundu (SİYAHI)

11.05.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az