Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.
MilliYol.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.
Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.
Digər xəbərlər
loading...