Baş Prokurorluq Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilməsi barədə məlumat yayıb.
Baş Prokurorluqdan MilliYol.az-a daxil olan məlumatda bildirilib ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev noyabrın 28-də Baş Prokurorluğun inzibati binasında qəbul edib.
Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Müstəcəb Əliyevə isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilib, onlara hədiyyələr təqdim olunub.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb, xatirə şəkilləri çəkdiriblər.