1988-ci ildə ermənilərin Sumqayıtda təşkil etdiyi qırğını araşdıran SSRİ Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi, III dərəcəli dövlət ədliyyə müşaviri Vladimir Kaliniçenko vəfat edib.
APA-nın məlumatına görə, tanınmış müstəntiq ömrünün 75-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, Kaliniçenko 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrdən dərhal sonra SSRİ Baş Prokurorluğu tərəfindən Azərbaycana göndərilib. Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə müstəntiqi vəzifəsində Kaliniçenko Sumqayıt işini araşdırıb.
Sumqayıt hadisələrinin iştirakçısı və təşkilatçılarından biri olan erməni Eduard Qriqoriyanın həbs edilməsi haqqında qətnaməni məhz Vladimir Kaliniçenko çıxarıb.