İki silahlı Liviya təyyarəsini qaçırıb. MilliYol.Az xəbər verir ki, "Afriqivyah" hava yollarına məxsus "Airbus A320" marakalı Liviya təyyarəsində 118 sərnişin var.
Artıq təyyarə Maltaya endirilib. Maltanın baş naziri Yosep Muskat bildirib ki, təhlükəsizlik qüvvələri terrorçuları yaxamaq üçün əməliyyata hazırlaşır.
***
Təyyarəni qaçıran şəxslər onu partlatmaqla hədələyir. Terrorçuların Liviyanın öldürülmüş lideri Muammer Qəddafinin tərəfdarları olduğu bildirilir. Malta polis əməliyyata hazırlaşır. Sərnişinlərin xilasetmə əməliyyatının yaxın dəqiqələrdə başlayacağı bildirilir.
***
"Reuters" Malta hava limanından görüntüləri yayımlayıb. Şəkillərdən görünür aeroporta xüsusi təyinatlılar gətrilib.
Bu arada pilot Trablus hava limanı ilə son danışığında təyyarəni Liviyaya endirməyə çalışdığını, amma terrorçuların bunu qəbul etmədiyini deyib.
***
Artıq təyyarədəki bütün sərnişinlər azad edilib. Bu dəqiqələrdə ekipaj üzvləri təyyarədən çıxarılır. Sərnişinlər və ekipaj üzvləri avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...