"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, R.Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.
Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.
Digər xəbərlər
loading...