"Toylarin birində həmin məşhur kişi həmkarımla aramda dava oldu. İş o yerə çatdı ki, onu döydüm və polisə ərizə yazıb, şikayət etdim. Polis gəldi. Dedim ki, onu mən döymüşəm və yaxşı eləmişəm. Sonra gəldi, məndən üzr istədi, mən də onu bağışladım. Biz barışdıq”.
MilliYol.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Sarıyeva qonaq olduğu "7 canlı” axşam şousunda deyib.
Sənətçi qatıldığı verilişlərin birində bir xanım ifaçının digər xanım həmkarının qarşısında əyilməsinə etiraz edib:
"Biz bir çox məclislərdə oluruq. Orada mənim həmkarlarımla olan münasibəti tamaşaçı kənardan görüb hər cürə qiymət verə bilər. Kişi həmkarımla olan dava da, kobud davranış mənə qarşı deyil, başqa bir xanım ifaçıya qarşı olmuşdu. Qarabağlı qanım var. Ona görə buna dözə bilmədim. Sözümü deməli idim və dedim. Əgər bir azərbaycanlı xanımını kimsə təhqir edirsə, bunu götürə bilmərəm. Hətta bir müddət əvvəl kanalların birində bir verilişdə idim.
Xanım ifaçı digər xanım həmkarının qarşısında baş əydi. Dedim ki, bu, Azərbaycan xanımına yaraşan hərəkət deyil. Bunu qətiyyən etmək olmaz!”