Ermənistan bu gün İrəvanda keçirilən, Putinin də iştirak etdiyi KTMT-nin sammitində Azərbaycana qarşı cəbhə yaratmağı planlaşdırır:
- KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin təkmilləşdirilməsi;
- Sərhəddəki sentyabr hadisələri üzərindən təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi;
İclasdan öncə İrəvanda Putinin səfərinə etiraz olaraq keçirilən aksiya da, Paşinyanın Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajını vermək, bununla sammitdə istəyinə nail olmaq gedişidir.
Hərçənd, KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır, bu, təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir.
Mümkün gözlənti KTMT-nin sərhədə “müşahidə missiyası” göndərməsi haqda məsələnin müzakirəsidir: Moskva ötən ay bunu dəstəklədiklərini, təşkilatın qərar verməsindən sonra gerçəkləşə biləcəyini açıqlamışdı;
Birincisi, Aİ-nin monitorinq missiyasının bölgəyə gəlişinə qarşı gediş etmək və sərhəd məsələsində dəyişən balansı bərpa etmək;
İkincisi, Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmaq;
Putinin dünən Əliyevə zəngində də bu məsələnin müzakirə edildiyi ehtimalı var. Missiyanın göndərilməsi qərarı verilərsə, qüvvələr Azərbaycan yox, Ermənistan ərazisində yerləşə, müşahidəni oradan apara bilər, Aİ-nin monitorinq qrupu kimi.
Lakin KTMT-nin müşahidə missiyasının Ermənistana gəlməsi Qərb missiyalarını bölgəyə gətirən Paşinyanın planına tam cavab vermir: İrəvan bu prosesdən Bakıya qarşı cəbhə yaratmaqla yanaşı, mənfi cavabdan da istifadə edərək, Qərblə yaxınlaşma qapısını daha da aralamaq üçün istifadə edir;
Ermənistan, KTMT-nin müşahidə missiyası qarşılığında təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi şərtini irəli sürə bilər. Ki, bu da Moskvanın mövqeyi ilə üs-üstə düşmür. Bu baxımdan, sammitdən nəticə əldə olunacağı sual altındadır.
Asif Nərimanlı