Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 033 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 785 nəfər müalicə olunaraq sağalıb, 9975 nəfər vəfat edib, aktiv xəstə sayı 273 nəfərdir.
Ölkədə son sutka ərzində 2314, hazırkı dövrədək isə 7 361 245 test aparılıb.
Ötən gün 428 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 112, ikinci doza vaksinlərin sayı 76 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 195-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 45 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 919 197 olub.