Məni keçmişə apardı, amma heç də o filmə deyil… İndi yəqin ki, daha gözəl dünyada yaşayan, 48 il birlikdə olduğumuz həyat yoldaşımı xatırlatdı. Çünki o da televiziya aparıcısı idi. "Təhminə və Zaur” filmində çox qəribə anlar var idi. Evdə otururdum, gözləyirdim ki, axşam olsun gedib onu qarşılayım. Özüm çəkilişdə olanda atam gedib qarşılayardı. Bax indi baxanda, ora getdim.
MilliYol.Az xəbər verir ki, bu sözləri ARB kanalında yayımlanan "O Üz” verilişinin qonağı olan Xalq artisti Fəxrəddin Manafov deyib.
Sənətçi verilişdə həyat və yaradıcılıq yolundan söz açıb. O, bildirib ki, "Təhminə və Zaur” filminə onun birinci Spartak roluna dəvət olunması ilə bağlı məlumat doğru deyil.
View this post on Instagram
"Sınaqlarda Meral xanımla həmişə Zaur rolunun mətnini məşq etmişik. Spartak rolunun mətni məndə heç vaxt olmayıb. Amma sınaqlarda fikir verirdim ki, çəkilişlərdə kamera daha çox Meral xanıma yönəlib. Sezirdim ki, məni ele-belə çəkirlər, kameranın işığı yanmırdı, ola bilsin ki, içində plyonka da yoxdu idi. Buna "Amerikanka” deyirlər. Sınaqlar bitəndən sonra Rasim müəllimə yaxınlaşdım və səbəbini soruşdum. Kənara çəkib dedim ki, "Amerikanka”? Nəyə görə? Çəkməyəcəksinizsə, deyin ki, çəkməyəcik, belə etməyin. Əlini çiyninə qoydu və kənara çəkib dedi ki, filmin prodüseri və maliyyəçisi var. Onlar kimi desələr o da çəkilməlidir. Rasim müəllim bildirdi ki, səni çəkmək istəyirəm, qoy sadəcə görsünlər. Mümkünsüz heç nə yoxdur. Onda məni Beyruta çəkilişə dəvət etmişdilər. Bildirdim ki, sizə görə çəkilişi saxlamışam, əgər belədirsə, mən getdim. Yəni Spartak söhbəti yox idi.
4 ay Beyrutda çəkilişdə oldum. Qayıdandan sonra Kinostudiyada Rasim müəllimin otağına daxil oldum, çox böyük həyəcan və sevinc qarşıladı. Bildirdi ki, film dayanıb, razılığımı verim onu ərsəyə gətirək. Bu film üçün uçunurdum. Zamanında Anar müəllimə də zarafatla demişdim ki, əgər məni bu filmə çəkməsələr, dördmərtəbəli Kinostudiyanın beşinci mərtəbəsindən özümü yerə atacam”, - aktyor etiraf edib.
Digər xəbərlər
loading...