Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi "SM Construction Supplies" MMC olub.
BNA balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınmasına görə, "SM Construction Supplies" MMC-yə 2 milyon 340 min 394 manat 30 qəpik ödəyəcək.
Həmçinin MMC mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması, habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması işlərini həyata keçirəcək.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində "SM Construction Supplies" MMC barədə məlumat almaq mümkün deyil.//Yeniavaz.com
Digər xəbərlər
loading...