Emralı Yusifov Gəncə Kardioloji Xəstəxanasının yeni baş həkimi təyin olunub.
MilliYol.Az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Kardioloji xəstəxananın rəhbəri vəzifəsi Yusifov Əmiralı Çingiz oğluna həvalə olunub.
Qeyd edək ki, Əmiralı Yusifov bundan əvvəl Kardioloji xəstəxananın Miokard İnfarktı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Gəncə Kardioloji Xəstəxanasının keçmiş baş həkimi Fəxrəddin Namazov bir müddət öncə yaş həddinə görə təqaüdə göndərilib. Bu xəstəxana "Gəncə şəhər Birləşmiş Xəstəxanası" Publik Hüquqi Şəxsin tabeliyindədir.
Digər xəbərlər
loading...