Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı hazırladığı bəyanat qəbul edilib.
MilliYol.az xəbər verir ki, bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub.
Bəyanat səsverməyə qoyularaq qəbul olunub.
Qeyd edək ki, Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın rəhbəri parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təyin edilib. Komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.
Digər xəbərlər
loading...