Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş 1982-ci il təvəllüdlü Kamran Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Kamran Novruzov zavodda hazırlanmış ov bıçağı ilə ötən il martın 16-da, saat 02:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Bül-bül prospekti 31 ünvanında yerləşən “Bödrum” gecə klubunun qarşısına gəlib.
Kamran Novruzov gecə klubunun qarşısında ov bıçağını nümayiş etdirərkən klubun mühafizəçisi Zaur Abdullayev bıçağı onun əlindən zorla alıb. Bu zaman Kamran Novruzov həmin yerdə ictimai qaydanı pozub.
O, Zaur Abdullayevi “Bodrum” gecə klubundan götürüb və kənara çəkib və taxta parçası ilə Zaur Abdullayevin ağzından vurub. Kamran Novruzov həmin vaxt gecə klubunda yeyib-içib və daha sonra oradakı qızlardan birinə sataşıb.
Həmin qız gecə klubunun mühafizəçisinə şikayət edib. Bundan əsəbləşən Kamran Novruzov özündə olan bıçağı aşkaranə şəkildə nümayiş etdirərək klubdakıları hədələyib.
Bu zaman mühafizəçi Zaur Abndullayev ona iradını bildirib. Bundan əsəbləşən Kamran Novruzov məlum hadisəni törədib.
Kamran Novruzov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
Nəsimi rayon Məhkəməsinin hökmü ilə Kamran Novruzovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 2 il sınaq müddəti olmaqla 3 il 6 ay müddətinə şərti cəza alıb.
Bu hökmdən prokurorluq narazı qalıb. Prokurorluq Kamran Novruzov cəzasının ağırlaşdırılması üçün apelyasiya protesti verib. Prokurorluğun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya protesti hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Kamran Novruzov şikayətə baxılmasının icraatını dayandırıb.
Buna səbəb Kamran Novruzovun axtarışa verilməsi olub. Hazırda Kamran Novruzovun barəsində axtarış elan edilib.(Teleqraf.com)
MilliYol.Az
Digər xəbərlər
loading...