Mərkəzi ofisi Paris şəhərində yerləşən, aviasiya və kosmik sənaye sektorunda fəaliyyət göstərən dünyanın məşhur şirkətlərdən birinin – "Airbus Defence and Space Sas” şirkətinin Azərbaycandakı fililalı (VÖEN – 1701923801) ləğv olunduğunu elan edib.
Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, "Airbus Defence and Space Sas” şirkətinin Azərbaycandakı fililalı 2016-cı ildə dövlət qeydiyyatına alınb. Şirkət aerokosmik sənaye sektorunda Avropanın ən böyük korporasiyası hesab olunan "Airbus Qrup”a bağlıdır. Dünyanın onlarla ölkəsində fəaliyyət göstərən "Airbus Defence and Space Sas” şirkəti hərbi təyyarə, kosmik sistemlər, elektronika, rabitə, kəşfiyyat və təhlükəsizlik sahəsində məhsullar istehsal edir.
Maraqlıdır ki, təxminən 2 ay əvvəl Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan pavilyonunu ziyarət edən "Airbus Defence and Space Sas” şirkətinin vitse-prezidenti Alen Vaqner deyib ki, "Airbus” şirkəti Azərbaycanla əməkdaşlıqdan çox məmnundur:
"Artıq uzun illərdir ki, yer səthinin məsafədən müşahidə peyki sahəsində əməkdaşlığımız uğurla davam edir. Yüksək ayırdetmə qabiliyyətinə malik "Azərsky” peyki üzərində birlikdə fəaliyyətimizi xüsusi qeyd etmək istəyirəm. Əvvəlcə "SPOT 7” adlandırılmış peyk "Airbus Defence and Space”in SPOT seriyasının bir hissəsidir”.//Yeniavaz.com
Digər xəbərlər
loading...