Müəllimlərin işə qəbulu imtahanında (MİQ) 92 bal toplayaraq rus bölməsində Azərbaycan dilinin tədrisi üzrə respublika birincisi olan müəllim Nərmin Şamxalovanın işsiz qalması barədə daha əvvəl məlumat vermişdik.
MilliYol.az xəbər verir ki, N.Şamxalova artıq işlə təmin olunub. Bu barədə Təhsil Nazirliyinin Mətbuat katibi Cəsarət Valehov məlumat verib.
“Ötən həftə mediada Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim Nərmin Şamxalovanın vakansiyasında yaranan problemlə bağlı süjet yayımlanıb. Həmin məsələyə Elm və Təhsil Nazirliyi dərhal reaksiya göstərərək Nərmin Şamxalovanın müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Nərmin Şamxalova bu gündən etibarən 236 nömrəli tam orta məktəbdə müəllimi kimi fəaliyyətə başlayıb”, - C.Valehov bildirib.