Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi, hazırda məhkumluq həyatı yaşayan Mövlam Şıxəliyevin qızı Samirə Şıxəliyeva studiya açıb.
Qaynarinfo xəbər verir ki, studiya Bakı şəhərində, Azadlıq prospekti 103f ünvanında yerləşir. Samirə Şıxəliyevanın studiyası "Beauty Patricia Studio” adlanır.
Generalın qızının "YouTube” kanalında studiya ilə bağlı videoçarxlar yerləşdirilib.
Qeyd edək ki, Mövlam Şıxəliyev 2004-2015-ci illərdə MTN-də işləyib. 10 ilə yaxın MTN-nin Baş İstintaq İdarəsinin rəisi vəzifəsini tutan general 2015-ci ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad ediləndən sonra qurumda baş verən cinayətlərlə bağlı istintaq başlanıb. Həmin vaxt Mövlam Şıxəliyev istintaqa cəlb edilib, əmlakları üzərinə həbs qoyulub. Bundan 6 il sonra, 2021-ci ilin aprelində barəsində həbs qərarı verilib. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və onun 3 işçisinə hökm oxunub. Mövlam Şıxəliyev əmlakı qismən müsadirə edilməklə, general-mayor rütbəsi alınmaqla 12 il müddətinə azadlıqdan məhrum olunub.