ABŞ-ın Nyu-York şəhərində - “Madison Square Garden” arenasında UFC 281 turniri keçirilib.
Qaynarinfo xəbər verir ki, əsas döyüş orta çəkidə (84 kq-a qədər) mübarizə aparan yeni zelandiyalı İsrael Adesanya ilə braziliyalı Aleks Pereyra arasında baş tutub.
Pereyra 5-ci raundda titulunu qorumaq istəyən rəqibini nokauta salaraq qələbə qazanıb və çempion olub.
Qeyd edək ki, bu, özündən təcrübəli rəqibinin titulunu əlindən alan Pereyranın 8-ci döyüşü olub. "Sambaçı" çıxdığı qarşılaşmaların 7-də qələbə qazanıb.
Digər xəbərlər
loading...