Fransa Azərbaycana yeni səfir təyin edib.
MilliYol.az xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.
Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.
O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.
Qeyd edək ki, Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı. Onun ölkəmizdəki diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.
Digər xəbərlər
loading...