Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Öz işini qur” sahibkarlıq üzrə təlim proqramının təşkili layihəsi davam edir.
Layihə çərçivəsində daha 2 təlim keçirilib. 4-cü təlim "Biznes inkişafı və komanda performansının artırılması" mövzusunda olub.
Təlimin 1-ci hissəsində biznesin inkişaf elementi və perspektivləri barədə müzakirə keçirilib, əsas inkişaf trendi və qaydaları haqqında məlumat verilib.
Təlimin 2-ci hissəsində isə komanda performansının artırılması ilə bağlı praktik komanda oyunu keçirilib. Əlavə olaraq iştirakçılar şəxsi effektivliyin artırılması barədə məlumatlandırılıb.
Karyera psixoloqu, biznes təlimçisi Orxan Mahmudovun keçdiyi 5-ci təlimin mövzusu isə "Şəxsi brendinqin yaradılması və biznes üçün faydaları" olub. Hər iki təlim ümumilikdə interaktiv keçirilib, iştirakçıların biznes təşəbbüsləri və təqdimetmə formaları analiz olunaraq düzəlişlər edilib.
Təlimlər nəticəsində layihə iştirakçısı olan xanımların biznes ideyaları inkişaf etdirilib və yeni məzmun alıb.
Qeyd edək ki, layihənin rəhbəri Sevinc Fədai, layihənin iştirakçıları həssas qrupa daxil olan və sahibkarlıqla məşğul olmaq istəyən xanımlardır.
Digər xəbərlər
loading...