"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
MilliYol.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda “Gent” (Belçika) ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika)
“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə)
“Latsio” (İtaliya) - “CFR Kluj” (Rumıniya)
“Budo Qlimt” (Norveç) - “Lex” (Polşa)
“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya)
AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna)
“Şerif” (Moldova) - “Partizan” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika)
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda - “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finala yüksəlib.