Dövlət Bayrağı Gününün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin şüurlara çatdırılması baxımından önəmlidir
Bayraq hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzidir. İstiqlal və azadlıq mücahidləri bayraq uğrunda mübarizə aparmağı, hətta zərurət yarananda qan tökməyi, canlarından keçməyi həyatlarının mənası hesab ediblər. Azərbaycanda da bayrağa bu cür münasibət bəslənməklə yanaşı, onu müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi xarakterizə edirlər. Azərbaycanada 9 Noyabr – Dövlət Bayrağı Gününün keçirilməsi dövlət atributlarına olan diqqət, sayğı və sevginin nümayiş olunmasıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir. Hazırki dövlət bayrağı da Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı olaraq qəbul olunub. Bu tarixi təşəbbüs Ümummilli Lideri Heydər Əliyev tərəfindən irəli sürülüb. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Gördüyümüz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmış mühüm vəsatət bu gün tarixi yerini tutub. Prezident İlham Əliyev Azərbaycanda 9 Noyabrı Dövlət Bayrağı Günü elan etməsi ilə dövlətçilik missiyasını uğurla yerinə yetirir.
Dövlət Bayrağı Gününün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin şüurlara çatdırılması baxımından önəmlidir. Məhz buna görə də 44 günlük Vətən müharibəsində dövlət bayrağımız birliyimizin, həmrəyliymizin rəmzinə çevrildi. Bütün şəhərləri, küçələri bəzəyən bayrağımız dalğlanadıqca sanki bizə Zəfər xəbərini gətirirdi. Yeri gəlmişkən, həmin günlərdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə Cümhuriyyətinin də bayrağıı dalğlanırdı. İki qadaş dövlət kimi, qardaş bayraq da al-əlvan şəhərlərimizin bəzəyinə çevrilmişdir. Xatırladaq ki, “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadə qaydaları haqqında” qanun qəbul olunub. Azərbaycanda Türkiyə bayrağına bir xarici dövlətin bayrağı kimi deyil, dost və qardaş ölkənin bayrağı, həm də qüruru kimi yanaşılır. Türkiyədə də Azərbaycanın dövlət bayrağına rəsmi olaraq eyni status verilib. Türkiyə rəsmiləri dəfələrlə təkrarlayıblar ki, onlar üçün Türkiyə bayrağı nədirsə, Azərbaycan bayrağı da odur. Türkiyədə də bayraq haqqında qanun var, amma Azərbaycan bayrağı istisnadır. Türkiyədə Azərbaycan bayrağı xarici ölkə bayrağı sayılmır. Azərbaycan dövləti və xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə də qardaş Türkiyənin daima Azərbaycanın yanında olmasını, öz siyasi və mənəvi dəstəyini əsirgəməməsini böyük məmnunluqla qarşılayıb. Xüsusən Zəfər Günü Azərbaycan xalqı Türkiyə ilə bağlı da öz hisslərini nümayiş etdirdilər. İnsanlar birlik və qardaşlığımızın simovolu olaraq müharibə zamanı Türkiyənin də bayrağını dalğalandırdılar. Bayraqlarımızın birgə dalğlanması türk qardaşlığının əbədi və sarsılmaz olduğunu göstərir. Türkiyə və Azərbaycan bayrağı hər zaman birlikdə ucalacaq. Bu bayraqları təmsil edən dövlətlər də bütün dünyada birlikdə ləyaqətlə təmsil olunacaqlar.
Bu gün Azərbaycanda yeni nəsilin bayraq sevgisi ilə böyüməsi vətənpərvərlik nümunəsidir. Qalib hərbiçilərimiz məhz işğladan azad etdikləri rayon və kəndlərdə, eləcə də hərbi postlarda amalları bayrağımızı dalğalandırmaq idi. Müharbə zamanı, demək olar ki, hər bir əsgərimiz üzərində dövlət bayrağımızı gəzdirirdi. Bu bayraq onların döyüş ruhunu daha da yükəldirdi. Vətən müharibəsində işğaldakı hər hansı rayon və kəndlərimizin azad oluması, ora məhz dövlət bayrağımızın sancılması ilə təsdiqlənirdi. Artıq işğaldan azad olunan bütün rayon və şəhərlərdə Dövlət Bayrağı Meydanı yaradılıb. Bu meydanlarda ilk olaraq Ali Baş Komandan İlham Əliyev qürurla dövlət bayrağımızı qaldırıb. Bu gün fəxr edirik ki, artıq ərazi bütövlüyümüz bərpa olunub və işğaldan azad olunan torpaqlarmızda da üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi