Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəisi, general-leytenant Şahmar Paşayevin oğlu da vəzifədən çıxarılıbmış.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik Tural Paşayev öz istəyi ilə Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsi nəzdində Daxili Nəzarət İdarəsinin rəisi vəzifəsindən azad edilib.
O, bir müddət əvvəl öz istəyi ilə vəzifəsindən azad olunması üçün müraciət edib. Nəticədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, general-leytenant Şahmar Paşayev bu ilin avqust ayında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsindən azad olunub.