"Son bir ildə köhnə evlərin qiymətində yenidən kəskin bahalaşma müşahidə edilir".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov Bakıda köhnə binalardakı mənzillərin ucuzlaşması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, buna səbəb vətəndaşların kommersiya banklarından asan kredit götürə bilməsidir:
"İpoteka Fondundan isə kredit almaq çətindir. Mənzil bazarında qiymətlərin enməsinə həmişə təlabat var. Amma mənzillərin qiyməti düşəcəkmi? Yox, mənzillərin qiymətləri enməyəcək. Bunun səbəbi var. Mənzil bazarını bu gün təkcə İpoteka Fondu kreditləşdirmir, bazarı həm də kommersiya bankarı kreditləşdirir”.
Nüsrət İbrahimov deyir ki, belə olan halda vətəndaşlar mənzillərini İpoteka Fondundan deyil, banklardan almağa üstün tutur.