Bəzi nəzəriyyələrə və araşdırmalara görə, kainatda sabit heç nə yoxdur. Milyardlarla il əvvəl bütün kainat tək bir parçadan ibarət olub və həmin bu parçanın ortasında böyük bir partlayış baş verib. Nəticədə bu bir parça bir çox hissələrə bölünüb. Hissələrdə bəziləri bir-biri ilə birləşərək müxtəlif planetlər və ayrı-ayrı qalaktikalar əmələ gətirib.
Hətta bu günümüzə qədər elm və texnika nə qədər inkişaf etsə, araşdırmalar aparılsa da, hələ də kainat haqqında tam məlumata sahib deyilik.
Qaynarinfo hələ də tam bilmədiyimiz, öyərdiyimiz zaman bizi təəccübləndirəcək məlumatlardan bəzilərini təqdim edir:
1. Süd Yolu Qalaktikası haqqında bilinməyənlər
Alimlərin hesablamalarına görə, Süd Yolu Qalaktikasında ən azı 200 milyard ulduz və 50 milyard planet var.
2. Ən ağır planet - Yupiter
Hidrogen və heliumdan ibarət olan Yupiter ən ağır planetdir. Yupiterin çəkisi Günəş sisteminin digər 7 planetinin ümumi çəkisindən 2,5 dəfə ağırdır.
3. Göy üzündə hər gün neçə ulduz yaranır?
Astrofiziklərin hesablamalarına görə, hər gün səmada ən azı 275 milyon yeni ulduz yaranır.
4. Ulduzların ilk təsnifatını verən astrofizik qadın
Ulduzların siniflərə bölünmə təsnifatının təməlini Anniye Kamp Kannon adlı qadının qoyduğunu bilirdinizmi? Bu qadın eşitmə qabiliyyətinin çoxunu uşaqlıq və ya yetkinlik dövründə itirsə də, bu sahədə bir çox uğurlu işlərə imza ata bilib.
5. Dünyaya ən yaxın qara dəlik
V616 Mon kimi də tanınan A0620-00 Yerə ən yaxın məlum qara dəlikdir. Bu qara dəliklə aramızda təxminən 3000 illik məsafə var.
6. Marsdakı Olimpos dağı
Marsdakı Olimpos dağı 27 kilometr hündürlüyü malikdir. Bu dağ Everest dağından 3 dəfə yüksəkdir. Ehtimallara görə, Olimpos o qədər yüksəkdir ki, bu dağın zirvəsi Marsın atmosferindən kənarda yerləşir.
Günay
Digər xəbərlər
loading...