Səfər Mehdiyev kimin və ya kimlərin sui-qəsdindən ehtiyat edir?
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev xüsusi zirehli BMW markalı avtomobildə hərəkət edir.
Bu barədə legion.az saytı məlumat yayıb. Saytın Balakən gömrük postundan əldə etdiyi məlumata görə DGK-ın sədr müavini Səfər Mehdiyevin zirehli, BMW markalı avtomobili var. Balakən gömrük postunun əməkdaşları bildiriblər ki, bu barədə Səfər Mehdiyevin sürücüsü fəxrlə danışır.
Saytın apardığı araşdırma nəticəsində məlum olub ki, “BMW 7 High Security” (zirehli) avtomobilinin qiyməti 350 min ABŞ dollarından başlayır. Maraqlıdır, bu avtomobil hörmətli generala dövlət büdcəsi hesabına alınıb, yoxsa, “halal qazanc” ilə əldə olunub? Bir qayda olaraq zirehli avtomobillərdə prezidentlər, dövlət üçün xüsusi əhəmiyyətli məmurlar hərəkət edirlər. Bundan başqa varlı iş adamları və tanınmış şou-biznes mənsubları da öz pulları ilə aldıqları zirehli avtomobillərdə gəzirlər. Ancaq DGK sədrinin birinci müavini Səfər Mehdiyevin hansı statusla zirehli avtomobildə hərəkət etməsi bəlli deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az
Digər xəbərlər
loading...