Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd zəminində həyatını itirməsindən əvvəl Prezident Vladimir Putin Moskvada səhnəyə qoyulan bir tamaşanı izləməyə gedirmiş.
Məlumata görə, bu tamaşanın yazarı 19-cu əsrin əvvəlində Rusiyanın İrandakı səfiri olan Aleksandr Qriboyedovdur.
1795-ci ildə Moskvada anadan olan məşhur rus ədibi Qriboyedov 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi olub. 1828-ci ildə İranla Rusiya arasında imzalanan və Azərbaycanın iki yerə bölünməsini şərtləndirən “Türkmənçay” müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra isə o, İranda rəsmi səfir təyin edilib. Elə həmin ildə o, Tehranda səfirlik binasında qətlə yetirilib və meyiti Tiflisə aparılıb.
Putinin İranda qətlə yetirilən səfirin pyesinə hazırlanmış tamaşaya baxmağa yollanarkən Ankarada Karlovun qətlə yetirilməsi arasında paralellər aparanlar qəribə təsadüfə heyrətlənib.
Publika.az "Hurriyet"ə istinadən xəbər verir ki, bu qəribə təsadüfü “Financial Times”ın Moskvadakı müxbiri Maks Seddon ortaya çıxarıb. M.Seddonun bu barədə sosial şəbəkədəki tviti yüzlərlə insan tərəfindən paylaşılıb. Bəzi istifadəçilər bu xəbərin altına “Ankaradakı sui-qəsd Putinə və ya İrana göndərilən mesajdır?” şərhini yazıblar.
Qeyd edək ki, 20 dekabrda Moskvada Suriyanın taleyi ilə bağlı Türkiyə-Rusiya-İran xarici işlər nazirlərinin görüşü olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...