Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçilib.
MilliYol.Az xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb və səsvermə keçirilib. AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibəylinin namizədliyi təsdiqlənib.
Səsverməyə əsasən, İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.
12.23
AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib, daha sonra qurumun prezidentinin seçilməsi üçün səsvermə başlayıb.
MilliYol.Az xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.
Namizədlər arasında İsa Həbibbəyli tək olub. Hazırda səsvermə davam edir.
İclasda həmçinin AMEA-nın yeni nizamnaməsi də təsdiq olunub.
11.47
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilir.
MilliYol.Az xəbər verir ki, iclas zamanı AMEA-nın yeni Nizamnaməsi təsdiq olunub.
Bundan əlavə, yığıncaqda təşkilati məsələlər ətrafında müzakirələr aparılır.
10.51
"Qafqazinfo" xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.
Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev bir müddət əvvəl istefa verib. Bu vəzifəni hazırda akademik Arif Həşimov icra edir.
Digər xəbərlər
loading...