Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı açıqlama verib. MilliYol.Az xəbər verir ki, dövlət başçısı televiziyalarla yayımlanan açıqlmasında hadisəni təxribat adlandırıb:
"Ölkəm və millətim adından Rusiya prezidenti Vladimir Putin başda olmaqla dost rus xalqına başsağlığı verirəm. Bunun Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş bir təxribat olduğunu bilirik. Amma Türkiyə və Rusiya rəhbərliyi bu təxribata aldanmayacaq iradəyə sahibdir. Başımız sağ olsun".
Eyni dəqiqələrdə Rusiya prezidenti Vladimir Putin də açıqlama verib: "Rus səfirə qarşı süi-qəsd Türkiyə və Rusiyanın Suriyada yürütdüyü müsbət münasibətlərə yönəlmiş bir təxribatdır".
MilliYol.Az
Digər xəbərlər
loading...