Bakının Yasamal rayonu, Mikayil Müşfiq küçəsi 78 ünvanında 13 şam ağacların kəsilməsi ilə bağlı xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, hadisə Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey və Fövqəladə Hallar Nazirliyinin binası ilə üzbə-üz ərazidə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti rəsmisi Bəhruz Məhəmmədov Qaynarinfo-ya bildirib ki, əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub: "Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilərək, cərimələnib".
Bəs Bakının yaşıllığına cavabdeh olan şəxs kimdir?
Bu məsələyə cavabdeh qurum Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Birliyin baş direktoru Əmrahov Həsrət Kərəm oğlu, Baş mühəndis Məmmədov Cavanşir Rza oğlu, Baş aqronom - baş direktorun müavini Heydərov Oqtay Kamil oğludur. Bu vəzifəli şəxslər hər biri paytaxtın mərkəzində Birliyin əməkdaşları tərəfindən 9 ağacın kəsilməsinə cavabdehdilər. Onların göstərişi olmasa, Bakıda bir ağacın budağını belə qırmaq mümkün deyil. Ağac kəsildiyi halda bunu edənlər cəzalandırılır və barələrində cinayət işləri açılır.
Həsrət Əmrahov
Kəsilən 9 şam ağacına görə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin vəzifəli şəxslərinə cinayət işi açılacaqmı?
Qeyd edək ki, yaşıllıqların qanunvericiliyə zidd olaraq kəsilib götürülməsi və zədələnməsi ilə əlaqədar törətdikləri inzibati xətaya görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 253.2, 253.3.1-253.3.3, 253.4, 253.5.1-253.5.3 və 253-1.1-253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilirlər. Törətdikləri inzibati xətanın mahiyyətindən və yerindən asılı olaraq, tikinti və abadlaşdırma istisna olmaqla, yaşıllıqların məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat məbləğində, tikinti və abadlaşdırma zamanı hər bir ağac və kolun məhv edilməsinə görə fiziki şəxslər 2200-3000 manat, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər 35000-45000 manat məbləğində cərimə edilirlər. Həmçinin yaşıllıqların zədələnməsi ilə bağlı müvafiq olaraq fiziki şəxslər 100-300 manat, vəzifəli şəxslər 200-600 manat, hüquqi şəxslər 1000-3000 manat məbləğində, yaşıllığın mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətanın mahiyyətindən asılı olaraq, fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1000-3000 manat, hüquqi şəxslər 3000-10000 manat məbləğində cərimə olunurlar.
Əldə etdiyimiz məlumata görə, şam ağaclarının kəsilməsinə görə, Birliyin vəzifəli şəxslərinə cinayət işi açılacaq.
Bəs ağaclar niyə kəsilib?
Qaybnarinfo-ya daxil olan məlumata görə, sözügedən ərazidə bir sıra obyektlər fəaliyyət göstərir. Şam ağaclarının kəsilməsində məqsəd həmin obyektlərə məxsus avtomobillərin rahat saxlanılması üçün dayanacağın salınması və İcra Hakimiyyətinin tabeçiliyində olan köşklərin yaxın gələcəkdə yerləşdirilməsi olub.
Digər xəbərlər
loading...